Əsas Səhifə > Manşet / Ölkə > ExpressBank-da İŞLƏR FƏNADIR...

ExpressBank-da İŞLƏR FƏNADIR...


17-01-2026, 10:27

“ExpressBank”ın faiz gəliri 1 il ərzində 14 milyon 245 min manat artaraq 82 milyon 727 min manata, faiz xərcləri isə 9 milyon 326 min manat artaraq 29 milyon 113 min manata çatıb. Yekunda bankın əldə etdiyi xalis faiz gəliri 53 milyon 613 min manat olub ki, bu da 2024-cü ilin eyni rübü ilə müqayisədə 4 milyon 919 min manat çoxdur.

Kommersant.az xəbər verir ki, qeyri-faiz gəlirini 1 milyon 632 min manat azaldaraq 18 milyon 996 min manata endirən bankın qeyri-faiz xərcləri 4 milyon 283 min manat artıb. Buna görə də “ExpressBank”ın əməliyyat mənfəəti 998 min manat və ya 4.87 faiz azalaraq 19 milyon 473 min manata düşüb.

Qazandığı mənfəətin 9 milyon 565 min manatını ehtiyata ayıran “ExpressBank” qazancından 2 milyon 602 min manat da vergi ödəyib. Yükunda bankın xalis mənfəəti 7 milyon 305 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 3 milyon 932 min manat və ya 35 faiz azdır.

ExpressBank

2025 (IV Rüb)

2024 (IV Rüb)

Fərq

Faiz Gəliri

82.727

68.482

14.245

Faiz Xərci

29.113

19.787

9.326

Xalis Faiz Gəliri/Zərəri

53.613

48.694

4.919

Qeyri-Faiz Gəliri

18.996

20.628

-1.632

Qeyri-Faiz Xərci

53.135

48.852

4.283

Əməliyyat Mənfəəti (Zərəri)

19.473

20.471

-998

Xalis Mənfəət (Zərər)

7.305

11.237

-3.932


***

“ExpressBank” biznesmen müştərilərini əlində tuta bilməyib. Bəlkə də müştərini tutub, amma onun vəsaitini əlində saxlaya bilmədiyini dəqiq deyə bilərik. Çünki 2025-ci ilin 4-cü rübündə sözügedən bank hüquqi şəxslərdən topladığı əmanətlərin həcmini 13.53 faiz azaldıb.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın hüquqi şəxslərdən topladığı əmanətlərin həcmi 51 milyon 681 min manat olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8 milyon 91 min manat azdır. Sözügedən bank isə bu azalmanı fiziki şəxslərdən topladığı əmanətlərlə kompensasiya edib. Onun fiziki şəxslərdən yığımları 57 milyon 428 min manat və ya 28.38 faiz artaraq 259 milyon 747 min manata yüksəlib. Yekunda bankın depozit portfeli 49 milyon 337 min manat böyüyərək 311 milyon 428 min manata çatıb.


Geri qayıt