Əsas Səhifə > Manşet / Hadisə > 'Kontakt Home' müştərilərə belə NAĞIL DANIŞIR...

'Kontakt Home' müştərilərə belə NAĞIL DANIŞIR...


18-01-2026, 07:17

"Bugünkü "qonağımız" "Kontakt Home"un "İnşaatçılar" filialıdır. Deməli, müştəri yaxınlaşır mağazaya öz noutbuku üçün... Windows 11 Pro sistemi yazilması üçün müraciət edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında İT üzrə mütəxəssis Emil Əliyev yazıb.

O daha sonra başına gələnləri belə nəql edir: "Və Noutbuk Şirkətdə Ofis şəraitində istifadə olunacağı barədə məlumat verir. Mağaza əməkdaşı Pro versiya stokda olmadığını bildirir və əvəzinə Home ( Yəni ev üçün ) versiyanı təklif edir. Müştəri bu versiyaların fərglərini soruşanda Əməkdaş bildirir ki "Demək olarki fərgləri yoxdu" və burda çox yanlış bir məlumat verir və müştəriyə əminlik edir ki Noutbuku ofisdə işlədə biləcək. Müştəri əməkdaşın məlumatına əsaslanaraq razılaşır. Sistemin qiyməti nə az nə çox düz 300 AZN təşkil edir. Microsoftun sadəcə xəbəri yoxdu ki onun OEM lisenziyaları belə od qiymətə satırlar ?. Amma şirkətin kommersiya məsələsinə girişmiyək. Sistem yazıldıqdan sonra müştəri Sistemin düzgün işləməməsini görüb ikinci dəfə təzədən yaxınlaşır mağazaya və ordaki əməkdaş bildirir ki Drayverlər axıra kimi yazılmayıb.Və CRACK olunmuş Driver Booster proqrami ilə drayverləri yazır. Müştəri 2 saat vaxtını itirib orda gözləyir. Noutbuk müştəriyə təhvil verildikdən sonra o görür ki şirkət şəbəkəsinə , domenə yenədə qoşula bilmir çünki Home versiyada bu özəlliklər kəsilib. Və bu kimi işlər üçün ancaq Pro versiya lazımdı. Mağazaya üçüncü dəfə yaxınlaşanda Mağaza meneceri bildirir ki "Biz nə dəyişə bilmərik nə də ki OEM açarı qaytara bilmərik" Güya açarı sizin adınıza yazmışıq və Microsoft pulu geri qaytarmır. Amma əlbətdəki biz hamımız bilirik ki bu açarlar hardan alınıb. Mən şirkətlərə İT xidmət və kompüter xidmətləri göstərirəm və bu işin içindəyəm deyə müştəri mənə müraciət edib və bu gün biz gəldik filiala. Özümü təqdim edib məsələni danışmağa başladıq və bu işdə olduğunu qeyd elədim və artıq mağaza meneceri başqa cürə danışdı. Dediki müraciət baş ofisdədi və həm deyişə də bilərik ya da satışı qaytara bilərik sadəcə baş ofisdən qərar gözləyirik. Həm də ordaki əməkdaşdan Pro versiya 450 AZN olduğunu eşitdik...


Mən qeyd edəndəki Pro versiyanın qiyməti düz 4 qat ucuzdu həmin əməkdaş artıq heç bir söz demədən susdu. Hörmətli Kontaktin Baş ofisi bu məsələ tezləşdirilsə yaxşı olar çünki Müştəri sizə görə, sizin qeyri peşəkar işçinizə görə və düzgün qaydada yazılmayan sistemə görə Noutbuku istifadə edə bilmir və işləyə bilmir və artıq məncə sizin tərəfdən satışın qaytarılması işlənməsi daha məqsədə uyğundur..."


Geri qayıt