Əsas Səhifə > Manşet / Cəmiyyət > “Appro Hospital”da 1 saatda 5 ölüm halı: “Xəstəxana deyil, qəssabxanadır”
“Appro Hospital”da 1 saatda 5 ölüm halı: “Xəstəxana deyil, qəssabxanadır”19-01-2026, 10:20 |
|
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Appro Hospital”da ürəyinə stend qoyulan xəstə dünyasını dəyişib. Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist, mərhumun qohumu Həbibə Abdulla yazıb. O bildirib ki, sözügedən klinikaya gedən xəstənin bu günə qədər heç bir problem olmayıb və üstəlik ölüm halı ilə bağlı ailəyə çox gec məlumat verilib: “Ramanada “Appro Hospital” 56 yaşlı Rafiq Xəlilovu – indiyədək ürəyindən bir dəfə də şikayəti olmayan dağ kimi adamı öldürüb verib ailəsinə. Stend qoyublar guya… Məsələ ilə bağlı “Appro Hospital”la da əlaqə yaratmağa çalışdıq. Lakin davamlı cəhdlərimizə baxmayaraq, klinikadan zənglərimizə cavab verən olmadı. Geri qayıt |