|
" "Kontakt Home"dan məhsul alınıb. 12 gün sonra məhsul istifadə zamanı qırılıb. Servisə təhvil verilib və servis 15 gündən sonra rəy verib ki istehsalçı problemidir və məhsul yenisi ilə əvəz olunsun..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Mağazaya yaxınlaşanda məhsul mənə yeni kredit müqaviləsi ilə yeni qiymətlə verilib (almışdım 79 AZN mənə yenidən verirlər 89 AZN). Mən də imtina etdim və bildirdim ki ümumiyyətlə müqaviləden imtina edirəm məhsulun yenisini verməlisiniz. Hətta hüquqi cəhətdən tam haqqım var və operatorlara dəfələrlə izah da etmişəm. 1 aydan çoxdur mənə sorgunuz qüvvədedir sizinlə əlaqə saxlayacaqlar deyilir. Bu şirkət mənim hüquqi qərarım uzrə nəyi araşdırır? Konstitusiya oxuyur, istehlakçı hüquqlarını oxuyur? Bilmirəm..."
Geri qayıt
|