Əsas Səhifə > Manşet / Ölkə > Masallıda bir ailə DONMA TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ...

Masallıda bir ailə DONMA TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ...


20-01-2026, 09:46

Azəriqaz İB baş direktoru Azər Məmmədova müraciət edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə vətəndaş müraciətini ictimailəşdirərək həyəcan təbili çalır. "DİA-AZ" xəbər verir ki, NHMT sədrinin "Azəriqaz" şefinə ünvanladığı müraciətdə deyilir:
"Cənab Azər Məmmədov, eviniz soyuq deyil ki? Bəs kabinetiniz??"
Bunun ardından M.Qəhrəmanlı Masallı rayonu, Təklə kəndində 2 azyaşlı övladı ilə yaşayan İnqilab Rzayevin hazırki durumundan bəhs edən müraciətini təqdim edib;
"3 gündür karta pul vururam, mənə deyirlər operativ briqada gələcək... Bu soyuq havada görəsən, necə və nə vaxta gələcək?
 2 azyaşlı uşaq öləndən sonra?
Rzayev İnqilab Allasukur oğlu... Masallı rayonu Təklə kəndində hələ də körpələrin ölməyəcəyi ümidi ilə gözləyirəm..."

Geri qayıt