"Yadınızdan çıxıb, cənab
Rövşən Nəcəf?" "DİA-AZ" xəbər verir ki, bu ritorik sualla çıxış edənm Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti vətəndaş gileyini ictimailəşdirib. "DİA-AZ" olaraq NHMT sədrinə istinadla Vətən muharibəsi iştirakçısı Hacıyev Elsevər Faiq oğlunun müraciətini olduğu imi təqdim edirik:
"2015-çi ildən SOCAR Azəriqaz İb nin Gəncə RQİİ- nin əvvəl nəzarətçi çilingər son 3 ildə həmin idarənin rejimlərə nəzarət və distpecr şobəsinin qaz paylayıcı stansiyanın operatoru vəzəfisində işləyirəm . 2025-ci ildə
SOCAR Azəriqaz İB-də aparılan struktur dəyişikliyindən sonra Gəncə RQİİ nin tabeliyində olan bir sıra qaz paylayıcı stansiyalarda mövcud vakant yerlər oldu. Mən özüm

Göygöl rayonunda yaşamağima baxmayaraq işlədiyim qaz paylayıcı stansiya Samux rayonunda

yerləşir , evimle iş yerim arasındaki məsafə 80 kilometrdir. Struktur dəyişikliyinnen sonra dəfələrlə öz idarə rəisim Hüseyin Şirinovun qəbulunda oldum və yaşadigim yerə yaxın olan qaz paylayıcı stansiya dəyişirlimeyimi xaiş etdim.Hər dəfə qəbulda olan zaman idarə rəisim mənə bunun asan bir məsələ olduğunu, lakin bir az səbrli olmağimi , gözləməyimi dedi .

Mən də onun dediyini dinləyərək gözlədim, lakin həmin boş yerlərə başqa vəzifələrdən işcilər yerləşdirərək mənim müraciətimi təmin edən olmadı. Mən özüm hər 2 valideynini itirmiş Vətən muharibəsi iştirakcisi , cənab prezident və
SOCAR prezidenti tərəfindən medal və fəxri fərmanlarla təltif olunmuş bir işçi kimi işimdə və karyeramda heç bir nöqsanım olmadan SOCAR-da işlədiyim 11 ildən çox müddətdə daim işimə tam məsuliyyətli və ciddi şəkildə yanaşmisam. Lakin buna baxmayaraq mənim bu günə olan nə imtiyazima nə də işci potensialıma qiymət verən yoxdur. Müraciətimin əsas məqsədi odur ki mənim idarə rəisim mənə "Narahat olma həll edəcəyəm" vədini verərək mənə heç bir köməklik etmədi. Mən
SOCAR rəhbərliyindən xahiş edirəm mənim bu müraciətim araşdirilsin bu barədə mənə bir köməklik göstərilsin..."