Əsas Səhifə > Manşet / Ölkə > Ölkə rəhbərliyinə şikayət etdiyinə görə BAŞINA OYUN AÇDILAR...
Ölkə rəhbərliyinə şikayət etdiyinə görə BAŞINA OYUN AÇDILAR...21-01-2026, 11:30 |
|
Culfa rayon sakini Elnurə Ağayevanın birinci vitse-prezidentə şikayət məktubu yazdığına görə yerli hakimiyyətin qəzəbinə tuş gəldiyi bildirilir. Yaxınlarının sözlərinə görə, Mehriban Əliyevaya müraciətindən sonra ürək çatışmazlığından əziyyət çəkən Ağayevanın əlillik dərəcəsi əlindən alınıb, pensiyası kəsilib.
Elnurə Ağayeva öz şikayətində səhiyyə sistemindəki problemlərdən gileylənib, pulu olmadığı üçün normal müalicə ala bilməyini dilə gətirib.
Adının çəkilməsini istəməyən qohumu deyir ki, bu şikayətdən sonra Naxçıvan Sağlamlıq Mərkəzində həkimlər onun əlillik dərəcəsinin uzadılması üçün lazım olan diaqnozu verməkdən imtina ediblər:
"Ürəyidəki problemə görə bir neçə ildir ki onun 2-ci qrup əlilliyi tanınıb. Bu dəfə yoxlanışa gedəndə həkim də təsdiq etdi ki, xəstəlik daha da ağırlaşıb, intensiv müalicəyə ehtiyac var. Lakin, əlillik dərəcəsi üçün kağıza gələndə dedilər ki, sağlamdır, verə bilmərik. Soruşuduq ki, özünüz vəziyyətin əvvəlkinə nisbətən daha da ağırlaşdığını deyirsiz, bəs niyə sağlam yazırsınız?
Açıq cavab verdilər ki, “şikayət etmisiniz, nəticəsinə də dözün”. O, xəstə adamdır, müalicəsini aparmağa imkanı yoxdur. Buna görə də Mehriban xanıma məktub yazıb kömək istəyib. Bunun onun pensiyasına nə aidiyyatı var? Demək, səhiyyədən şikayət etməsi bunların xoşuna gəlməyib, pensiyanı kəsməklə ondan qisas alırlar.“
Elnurə Ağayevanın yaxınları aidiyyəti qurumla müraciət edərək, ona qarşı qərəzli münasibətin aradan qaldırılmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"
Geri qayıt |