Əsas Səhifə > Manşet / Cəmiyyət > Yasamal İH köhnə qəbir yerlərini satır
Yasamal İH köhnə qəbir yerlərini satır26-01-2026, 12:02 |
|
Yasamal rayon İcra Hakimiyyəti köhnə qəbir yerlərinin satılmasında günahlandırılır. Tribuna.az xəbər verir ki, bu iddianı Yasamal rayon sakini Seymur Hacıyev sözügedən icra hakimiyyətinin rəsmi Feysbuk səhifəsində yazıb. “İnsanların qəbirlərini satırlar. Qohumları tapa bilmir. Xüsusilə baxımsız qəbirləri satırlar. Yasamal qəbirsanlığında reyster yox, sıra kitabı yox. Biabırçılıqdır”. Ancaq sakinlərin şikayəti bununla bitmir. Bəzi sakinlər də icra başçısının sakinlərlə görüş vaxtlarının gizlədilməsindən şikayətlənib. Sevinc Əbilova bildirib ki, icra başçısının görüş vaxtlarını bilmirlər: “Səhifənizdə icra başçısının qəbul vaxtını paylaşın, Yasamal sakini olaraq biz də şikayətimizi çatdıraq”. Bu iddia və şikayətlərlə bağlı Yasamal İcra Hakimiyyətinin mövqeyini öyrənmək istədik. Lakin zənglərimizə cavab verən olmadı. Yasamal İH-in mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |