|
"Cəzasızlar! Hər dəfə xatırladıram. Zamana ehtiyac duyulur! Amma..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib. NHMT sədri daha sonra bildirir: "SOCAR-ın "sağlamlaşdırma siyasətinin" reallaşdırılması Neft Emalı zavodunda davam edir. Belə ki, bu il 50 yaşı bitən işçilər zavodun İnsab Resursları Departamentinə ( Emin Kövsərov) çağırılıb, onlara işdənçıxma ərizəsi yazmaq təklif olunur. Bu isə prosesin uzun çəkəcəyini göstərir.
Bu il yəqin ki, 50 yaşı tamam olan başqa işçilər də "sağlamlaşma" prosesinə cəlb olunacaq. Qeyd: Bəlkə SOCAR "sağlamlaşdırma siyasətini" Baş ofisdə də reallaşdırasınız? Yoxsa xətirlərinə dəyər?!! Məsələn: 10 vitse-prezidentdən 5-nin yaşı bu siyasətə uyğundur! Bəs şirkət prezidentinin 20 müşavirinin, müavinlərinin, köməkçilərinin, vitse-prezidentlərin çoxsaylı müşavirlərinin, müavinləri, müavinin müavinlərinin, köməkçilərinin ( 50 nəfərdən artıq) necə?"
Geri qayıt
|