Əsas Səhifə > Manşet / Ölkə > İcra məmurunun marağı nədir ki?..
İcra məmurunun marağı nədir ki?..5-02-2026, 09:46 |
|
"Mənim şikayətim Nizami Rayon İcra Şöbəsindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Taleh Husseynov adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Belə ki, Həsənov Teymur adlı bu şəxs atamdan torpaq almaq adıyla pulunu alıb ona qarşı dələduzluq edib. Borclu olduğu pulu qaytarmamaq üçün, gedib adına olan maşınları keçirib oğlunun adına. İndi də icra məmurunun çağırışlarına gəlmir . İcra məmuru da barəsində cinayət işinin qaldırılması üçün tədbir görmür. 4 ildən çoxdur ki, məhkəmə qərarı icra olunmur. İcra Baş İdarəsinə zəng edib şikayətimizi bildiririk amma nəticəsi yoxdu.
Bax belə əndrabadı qanunlar ölkəsində yaşayırıq. Pulunu aldadıb aldılarsa onun geri qayıtmağı müşkil məsələyə çevrilir. Belə bir vəziyyət yaranıb. Teymur kimi dələduzlar da başlayıblar bundan yararlanmağa. Keşlə qəsəbəsində qalır çalışın ehtiyatlı olun..."
Geri qayıt |