Əsas Səhifə > Manşet / Cəmiyyət > Bunun adına DƏLƏDUZLUQ DEYİRLƏR...

Bunun adına DƏLƏDUZLUQ DEYİRLƏR...


6-02-2026, 11:24

"Şikayətim Birmarket -lə bağlıdır..." "DİA-AZ" xəbər verir ki, bu barədə Elşad Cəfərsoy adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Orjinal məhsulun şəklini paylaşır, orjinal məhsulun xüsusiyyətlərini qeyd edir və orjinal məhsulun qiymətinə uyğun qiymət yazırlar. Nəticədə isə şəkildə ilk görünən məhsul əvəzinə ikinci şəkildəki mənşəyi məlum olmayan saxta məhsul göndərirlər.
Hörmətli #birmarket, mənə dəyən maddi ziyanı bir kənara qoyuram. Bəs vurduğunuz mənəvi ziyanı necə kompensasiya edəcəksiniz?
Bu məhsul hədiyyə məqsədi ilə sifariş edilmişdi. Məhsul hədiyyə sahibinə çatanda məlum oldu ki, göndərilən məhsul mənşəyi bilinməyən, keyfiyyətsiz bir şeydir.
Əgər öz etibarınızı düşünmürsünüzsə, heç olmasa müştərilərinizin etibarını düşünün..."


Geri qayıt