Əsas Səhifə > Manşet / Hadisə > Budaqovun ilk işi BUDAMA OLDU: Həm də məşhur parkda...
Budaqovun ilk işi BUDAMA OLDU: Həm də məşhur parkda...25-02-2026, 11:10 |
|
Şəhərin tam mərkəzində, Rixard Zorge adına parkda, ağacların arasında yeni avtomobil yolu salınır. Tribuna.az xəbər verir ki, bu barədə məlumatı tanınmış memar Elçin Əliyev paylaşıb. O bildirib ki, bu işi görənlər əhaliyə məluçat verməyi belə düşünməyiblər: “Bakının tarixi memarlığı ilə indiyədək edilən və hələ də davam edən müdaxilələrdən, sakinlərin məlumatlandırılmadığı və hətta formal şəkildə belə müzakirəyə cəlb edilmədiyi qərarlardan sonra, görünür, artıq mərasimə ehtiyac qalmayıb: nə izah etməyə, nə bəraət qazandırmağa, nə də nəyisə gizlətməyə. Sadəcə, onilliklər boyu ağacların bitdiyi parkın içindən yol salmağa. Belə bir təəssürat yaranır ki, şəhərin tarixi, memarlıq və insani maraqlarını qorumağa qadir və istəkli rəhbər yoxdur. Təəccüblü deyil: biz Avropa Şurasına üzv olan 46 ölkə arasında paytaxtın meri sakinlər tərəfindən seçilməyən, təyin olunan yeganə ölkə olaraq qalırıq”. Qeyd edək ki, Nəsimi rayonunda yerləşən sözügedən park yaşıllıqları ilə seçilən parklardandır. "DİA-AZ" xatırladır ki, bu günlərdə Nəsimi rayonuna məşhur YAP-çılardan olan Tahir Budaqov başçı təyin olunub. İndi görünəni odur ki, cənab Budaqovun ilk işi... İLK HƏDƏFİ yaşıllıqlar olub... Geri qayıt |