Əsas Səhifə > Manşet / Ölkə > Gəncədə bu ticarət obyektində QƏRİBƏ ALVER TƏRZİ...

Gəncədə bu ticarət obyektində QƏRİBƏ ALVER TƏRZİ...


25-02-2026, 11:27

Gəncənin Gülüstan qəsəbəsində "Sevimli market" adlı marketdə Azərbaycanın dövlət qanunları pozulmaqdadır. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş iddia edir ki, təkcə qiymətlərdə kassa-piştaxta uyğunsuzluğu mövcud deyil. Həm də...
Narazıl vətəndaş yazır: "Gəncənin Gülüstan qəsəbəsində "Sevimli market" adlı marketdə malların qiymətləri düzgün qoyulmamağı bir yana, çek istəyəndə də bu kağız parçasını verdilər.
Nə qədər israr etsəm də, çek təqdim edən olmadı. Ümumiyyətlə orada heç bir halda ödənişlər kassaya vurulmur. Niyə?"
İddia ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt