Əsas Səhifə > Manşet / Hadisə > Burda işçilərin kölə qədərində belə HÜQUQLARI YOXDUR

Burda işçilərin kölə qədərində belə HÜQUQLARI YOXDUR


1-03-2026, 14:57

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Suraxanı Oyl Əməliyyat şirkətinin bir qrup fəhləsi adından növbəti giley dolu müraciəti ictimailəşdirib.
"DİA-AZ" olaraq həmin müraciəti təqdim edirik:
"2022 ildən bu tarixəcən hec bir maaş artımı yoxdur , ancaq əmək haqqına olunan ələvələr ləğv olunur!
-10-15 il işləyən adamları imtahan adıyla, muqavilə müddətinin bitməsi (✅ARƏM maddə 45.4) bəhanəsilə, müddəti sona çatmış Əmək Müqaviləsinin müddətinin artırılmayacağı, bir daha muqavilə bağlanmayacağı və s. ilə hədə-qorxu gələrək işçiləri daha az əmək haqqına işləməyə vadar edirlər. Növbəli iş, 12 saat olan yeraltı quyuların təmiri sexinin ✅ çay vaxtları (??) ləğv edib, 4-5 saat naharacan və 5-6 saat nahardan sonra işləməyə vadar edirlər. Söz demək istiyəndə də deyirlər xoşun gəlmir, get rəhbərliyin yanına! Hava şəraiti pis olduqda isə yeraltı quyuların təmiri sexinin işcilərini , aparıllar yer qazmağa( ✅işçi Əmək Müqaviləsində nəzərdə tutulmayan vəzifələri yerinə yetirməyə məcbur edilir!?) , boru və avadanlıqları əllə yuk maşınına doldurmağa, əks halda izahat yazılacağı ilə hədə-qorxu gəlirlər! 12 saat ağır şəraitdə (kulək,covğun, yağışda) işləyən adama 1200 manat maaş verir, amma idarədə və öz adamlarına soyuqda kombinin yanında, istidə kondisioner altında oturana 1500-2500 manat maaş verir! (diskrinimasiya?) Rəhbırliyin qəbuluna düşmək istədikdə isə İRD rəhbərini qabağa verirər, o da min bir bəhanə söylərək, yola salır!
Xahiş edirik , səsimizi dovlət başcısına çatdırasınız..."
Qeyd edək ki, Suraxanı Oyl Əməliyyat şirkəti (Şirkət), Suraxanı və Qaraçuxur yataqlarının işlənməsi və bərpası ilə məşğuldur.
"Suraxanı" və “Qaraçuxur” yatağı 02.06.2006-cı il tarixindən etibarən “Surakhani Oil Operating Company S.A.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən istismar olunur .Sazişin əsas detalları aşağıdakılardır:
Tərəflər: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Rafi Oil FZE (BƏƏ) şirkəti arasında bağlanmışdır.
Müddət: Saziş 25 il müddətinə nəzərdə tutulub.

Geri qayıt