Əsas Səhifə > Manşet / Sosial > Əcəba, tibbi müayinə də monopoliyadadır?

Əcəba, tibbi müayinə də monopoliyadadır?


2-03-2026, 05:30

"Görəsən, Sumqayıt şəhərində "Azəriqaz" işçilərinin tibbi müayinədən keçdiyi tibb mərkəzi kimə məxsusdur?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əlaqədar qurum və şəxslərə müraciət edərək izahat tələb edir.
NHMT sədri yazır: "SOCAR Qaz İxrac İdarəsinin (rəis Əkbər Hacıyev) Hacıqabul Magistral Qaz Kəmərləri sahəsi işçiləri iş günündə tibbi müayinə ücun Hacıqabul şəhərindən Sumqayıt şəhərinə (?) göndərilir. Və onlara gediş haqqı olaraq 28 manat pul verir, lakin həmin günün əmək haqqını isə idarə ödəmir(??). Növbə üsulu ilə işləyən işçilər də, tibbi müayinəyə iş günündə göndərilir. Yaşayış yerləri Haciqabul, Şirvan şəhəri olan işçilər, tibbi müayinə üçün səhər Sumqayıt şəhərinə gedib günortadan sonra, iş gününü sonuna yaxın Hacıqabul şəhərinə qayıdırlar....
Sual olunur: Qaz İxrac İdarəsi Bakıda yerləşir. Hacıqabul Qaz Kəmərləri Sahəsi isə Hacıqabulda. Bu halda işçilər tibbi müayinədən niyə qeyd edilən şəhərlərdə deyil, məhz ✅Sumqayıtda keçirlər? Məqsəd nədir?
-İşçi tibbi müayinə üçün məhz işəgötürənin tələbi ilə, iş günündə, iş və yaşayış yerindən xeyli uzaq olan Sumqayıt şəhərinə göndərilir. Bu halda niyə işçiyə orta aylıq əmək haqqı ödənilmir?"

Hər halda, "Azəriqaz"ın hörmətli rəhbərliyi bu məsələyə izahat verməyə məcburdur. Çünki dövlət büdcəsindən həmin günün zəhmət haqqısı əvvəldən müəyyən olunub. Amma görünəni odur ki, bu pullar kimlərinsə zavalına gəlir...


Geri qayıt