Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR?
Xaraba qoyulan Yasamalın YİYƏSİ YOXDUR?2-03-2026, 12:04 |
|
Yasamal rayonunda daha bir səkini zəbt edərək yerində böyük obyekt tikintisi aparılır. Tribuna.az-a bu barədə məlumat verən Yasamal rayonu, Moskva 1 prospekti sakinləri bildirib ki, böyük səki tamamilə zəbt edilib. sakinlərin sözlərinə görə, ərazi uzun müddətdir çəpərlənib və tikintinin böyük bir hissəsi artıq həyata keçirilib. “Yasamalın hər yerində bu şirkətin apardığı işlər var. boş yer görən kimi bu MMC nəsə tikir. Binaların altını da zəbt edib, səkilərdə də tikinti aparıb. İndi bizim yolumuzu kəsib. Böyük bir səkini hasarlayıb obyekt tikirlər. Sabah da qarşısında avtomobillər dayanacaq. Görüm onda piyadalar necə keçəcək burdan? Bunu fikirləşən yoxdu”. Sakinlər bildirib ki, bu tikilinin icazəli olması da onu göstərir ki, Yasamal İH-dən çoxdan icazəsi alın. Sakinlər qeyd edib ki, ərazi uzun müddətdir hasarlanıb. İş isə yeni il tətili ərəfəsində, yəni bayram günlərində daha sürətli formada aparılıb: Qeyd edək ki, “Rahatlığın Məkanı” MMC-nin direktoru Acalov İsmayıl Nəbi oğludur. Moskva 1 prospektində inşa edilən obyektin sifarişçisi Minayə Acalova da MMC rəhbərinin qohumudur. Geri qayıt |