Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Nə zamana qədər canlarını Vətən uğrunda fəda edənlər DÜŞMƏN kimi qarşılanacaq?
Nə zamana qədər canlarını Vətən uğrunda fəda edənlər DÜŞMƏN kimi qarşılanacaq?3-03-2026, 17:12 |
|
"Qarabağ uğrunda döyüşən qazi, veteranlara qarşı aparılan bu siyasət nə qədər davam edəcək?" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanl qeyd edib.
NHMT sədri daha sonra qəzəb dolu zçıqlamasında belə davam edir: "Niyə bunun qarşısı alınmır? İki Qarabağ müharibəsi zamanı ən ön cəbhədə döyüşmüş ailə (ata və oğul) niyə çörəksiz qalmalıdır?
SOCAR CAPE MMC-nin Baş direktoru cənab İlqar Əhmədov da Qarabağ döyüşçüsünü işdən azad edib. Niyə?"
Bunun ardından Mirvari Qəhrəmanlı Qarabağ savaşı veteranı Nicat Abışovun müraciətini paylaşıb:
"Mən 22.08.2025 ci tarixdən SOCAR CAPE MMC-də Yüksəklikdə aparılan işlər üzrə 1-ci dərəcəli işçi vəzifəsində çalışıram. İşimiz BP şirkətinin Xəzər dənizdəki platformasındadır. Platformanı boyama, rəngləmə işləri ilə məşğuluq. . 22.02.2026 cı ildə müqaviləmin müddəti bitirdi. Mənə zəng etdilər ki müqavilənin müddətin uzadılır. Girin SİMA proqramından təstiq edin. Lakin müqavilədə olan dəyişikliklər barəsində, neçə müddətli olduğunu mənə məlumat vermədilər.
Mən SİMA proqramına daxil olub müqaviləni təstiq etdim. ( Müqavilə əlavə olunmuş linkdə )3 gün sonra mənə zəng edib bildirdilər ki sizin müqaviləni 10 günlük artırmışdıq. 1 həftə sonra müddəti bitir və sizi işdən azad edirik. 02.03.2026 il tarixdə müqaviləmin müddəti bitib.
Ailədə 3 nəfərik. Atam, anam və mən.
Ailədə işləyən yeganə insan mənəm.Bütün ailə mənim qazancımla dolanır. Bizim ailə vətənpərvərdir. Dövlətimizə, vətənimizə hər zaman sadiq olmuşuq . İki Qarabağ müharibəsinin ikisində də iştirak etmişik. Ən ön cəbhədə döyüşmüşük.
file:///C:/Users/user/Downloads/f08c1ed7-fbbb-4cbd-a0f9-6abe2bdb8d61%20(Signed%20by%20Sima).pdf (müqavilə).."
Qeyd edək ki, SOCAR CAPE 2010-cu ildə SocarCape Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) böyük payı və Böyük Britaniyada yerləşən Cape PLC şirkəti (sonradan Altrad Group tərəfindən alınıb) tərəfindən yaradılıb
Geri qayıt |