Əsas Səhifə > Manşet / Cəmiyyət > Ramiz Mehdiyevin SƏDAQƏTLİ KADRI: Kəmaləddin Heydərovun qohumu olsa da...

Ramiz Mehdiyevin SƏDAQƏTLİ KADRI: Kəmaləddin Heydərovun qohumu olsa da...


4-03-2026, 13:00

Adı müxtəlif qalmaqallarda hallanan Qəbələ rayon icra hakimiyyətinin Başçısı Səbuhi Abdullayev yaxın günlərdə vəzifəsindən azad ediləcək. Bu barədə "DİA-AZ"a məlumat verən rayondakı mötəbər mənbə iddia edir ki, əslində yerli KİV-də "Fövqəladə Hallar Naziri Kəmaləddin heydərovun kadrı kimi" təqdsim olunan S.Abdullayev bütün varlığı ilə keçmiş PA şefi Ramiz Mehdieyvə sədaqət andı içənlərdəndir.

Mənbə iddia edir ki, bu həqiqəti "yuxarıdakılar" yaxşı bilir: "Amma hələlik bu vaxta qədər FHN şefi ilə qohumluq əlaqələri Səbuhi müəllimi həm həbsdən, həm də ümumiyyətlə, hədəfə çevrilməkdən qoruyur. Amma bu sona qədər belə olmaya bilər. Hər halda, bir zamanlar "ağsaqqal" kimi anılan Əhməd Əhmədzadəyə qohum olan başçıların necə "vurulduqlarını" hər kəs gördü və Səbuhi Abdullayev də sona qədər himayə altında qala bilməz".

Mənbə Ramiz Mehdiyevin kadrlarına qarşı konkret tədbirlərin görüldüyünü qeyd edərək, hələlik paytaxtla kifayətlənən sözgüedən prosesin əyalətə də yaxın günlərdə sirayət edəcəyini bildirir: "Az qalıb. Bunu Səbuhi müəllimin özü də bilir..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin...


Geri qayıt