Əsas Səhifə > Manşet / Siyasət > “Birmarket” yenə də narazılıq yaradır...

“Birmarket” yenə də narazılıq yaradır...


6-03-2026, 10:02

" "Birmarket" şəbəkəsindən avtomobil üçün led işıq sifariş vermişəm... Və..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlham Məmmədov adlı istifadəçi gileylənir. 

Narazı vətəndaş daha sonra bildirir: "4-5 gün bundan qabaq məhsul gəlib. Avtomobilə qoşulub... Gördüm ki, effekti zəifdir. Belə olduğu üçün istifadə etməmişəm.

Həmin gün də "Birmarket"ə geri qaytarılma etmişəm. 72 saat sonra cavab olaraq bildirildi ki qaytarma... dəyişmək mümkün deyil. Yəni belə bir şey harda var?

Mənim işimə yaramayan bir şeyə niyə pul verməliyəm ki? Bu barədə kimə şikayət edə bilərəm?"



Geri qayıt