|
" "Birmarket"dən online sifarişlə Xiaomi Redmi Note 15 Pro 5G almışam. Amma mənə göndərilən telefon 5G deyil. Yəni sifariş etdiyim məhsuldan fərqli məhsul göndərilib..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur. Narazı vətəndaş daha sonra bildirir: "Bununla bağlı neçə dəfə yazmışam, amma nə mesajlara cavab verirlər, nə də geri qaytarma ilə bağlı həll edirlər. Müştəriyə belə yanaşma çox məsuliyyətsizdir. Buradan soruşuram: Bu problemi necə həll etməyi düşünürsünüz? Pul ödəmişəm və sifariş etdiyim məhsulu tələb edirəm. Əgər məsələ qısa zamanda həll olunmasa, rəsmi qaydada şikayət edəcəyəm və bu mövzunu daha geniş şəkildə paylaşacağam..."
Geri qayıt
|