Əsas Səhifə > Manşet / Hadisə > "Bizi Naxçıvan tərəfi qəbul etmir, ona görə də..."

"Bizi Naxçıvan tərəfi qəbul etmir, ona görə də..."


9-03-2026, 11:03

100-dən artıq naxçıvanlı sürücü on gündən artıqdır ki, Culfa gömrük məntəqəsinin İrana aid hissəsində köməksiz vəziyyətdə qaldıqlarını bildirir. Sürücülərin “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, onları Naxçıvan tərəfi qəbul etmədiyindən İranda acınacaqlı vəziyyətdə qalmağa məcbur olublar.
Sürücülər pulları qurtardığından ac-susuz gözlədiklərini bildirirlər:
“İran Culfasında parkda yığılıb qalmışıq. Bizi Naxçıvan tərəfi qəbul etmir, ona görə də burada gözləməyə məcburuq. Təxminən 130-a yaxın Azərbaycan maşını var, başqa ölkələrdən olan maşınlar da buradadır. Hamımız öz yerimizə, Naxçıvana keçmək istəyirik. Günlərdir burada gözləyirik.”
Sürücülər deyirlər ki, yük maşınlarında daşıdıqları yüklər də xarab olmaq üzrədir:
“Yüklər arasında xarab olanlar var. İlk günlər bir-birimizə kömək edib nəsə yeyirdik, indi o da qalmayıb. Pulumuz da qurtarıb. Tozun-torpağın içində qalmışıq. Artıq on gündür burada ac-susuz gözləyirik. Bilmirik daha nə qədər belə gözləməli olacağıq.”

Geri qayıt