Əsas Səhifə > Manşet / Cəmiyyət > Adil Əliyev qadınları BELƏ “TƏBRİK ETDİ”...

Adil Əliyev qadınları BELƏ “TƏBRİK ETDİ”...


10-03-2026, 08:37

Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev yenə də diqqət mərkəzinə düşüb. "DİA-AZ" xəbər verir ki, bu dəfə qalmaqallı icra başçısı 8 Mart Beynəlxalq Qadınlar Günündə Suraxanı MİS-də çalışan yaşlı qadın işçiləri qeyri-adekvat işə cəlb etməsi səbəbindən tənqid hədəfinə çevrilib.

Bu barədə özünün sosial şəbəkə hesabında fotofakt paylaşan ictimai fəal Haldun Novruzzadə ironik təbirlə belə yazır:

"Suraxanı Rayon İcra Hakimiyyəti Qadın işçilərini 8 mart münasibəti ilə “Təbrik edir”. Hədiyyə olaraq ərazidə kəsilmiş ağaçları xususi olaraq qadınlara daşıtdırırlar. İnşallah gələn 8 martda da Qadınlar Yeni Günəşliyə asfalt çəkər..."
Bu şərhinin ardınca H.Novruzzadə etirazını belə ifadə edir: "Heç olmasa bu gün yox da, bayram günü yox da..."


Geri qayıt