Əsas Səhifə > Manşet / Ölkə > “Bu boyda Masazırın bir dənə parkı vardı, gəlib aləmi qatdılar, bir-birinə”

“Bu boyda Masazırın bir dənə parkı vardı, gəlib aləmi qatdılar, bir-birinə”


12-03-2026, 11:18

“Bu boyda Masazırın bir dənə parkı vardı, gəlib aləmi qatdılar, bir-birinə”.
Bu sözləri Yeniavaz.com-a müraciət edən Masazır sakinləri deyib.

Söhbət Abşeron rayon Masazır qəsəbəsi, Qurtuluş‑93 yaşayış kompleksində yerləşən parkdan gedir.
Sakinlər iddia edirlər ki, parkda abadlaşdırma adı ilə obyekt tikilir.

“Deyirdilər ki, parkı abadlaşdıracaqlar. Amma indi texnika gətirilib, kubiklər tökülür. Çox güman ki, obyekt tikmək istəyirlər”.
Sakinlər qeyd edirlər ki, park Masazırda uşaqların oynaya bildiyi azsaylı yaşıllıq sahələrindən biri idi:
“Bura əvvəllər yaşıllıq idi, uşaqlar gəlib oynayırdı, indi isə hamısını dağıdırlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə məsələnin araşdırıldığı bildirilib.



Geri qayıt