Əsas Səhifə > Manşet / Sosial > "AMEA zatən işsizlər, xəstələr, pensionerlər yeri deyilmi?!"

"AMEA zatən işsizlər, xəstələr, pensionerlər yeri deyilmi?!"


13-03-2026, 08:17

ELM ADI ALTINDA DÖVLƏTİ TAQƏTDƏN SALIB AĞALIQ EDƏNLƏR
"Milyona pul deməyən akademik yeyimcillərin hələ də vəzifə və söz sahibi olmaları inamı daha da zəiflədir və böhranı dərinləşdirir..."  "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
O daha sonra fikrini belə davam etdirir: "AMEA mənə standart ərizə nümunəsi verib ki, belə yazam
Bəli. Həyat yoldaşım 01 fevral 2026-cı ildən öz ərizəsi ilə işdən çıxıb. Ancaq işdən çıxma səbəbi, təbii ki, xəstəliyi deyil. AMEA zatən işsizlər, xəstələr, pensionerlər yeri deyilmi?! Adam durub durduğu yerdə dinc "pensiya fondu"ndan niyə imtina etməlidir ki?! Əlbəttə, ağlabatan deyil! Üstəlik, maddi vəziyyətimizin bu ağır vaxtında.
Qeyd edim ki, bu halımla barışmalıyam, hətta ailə-uşaq tələf olsa da. Çünki akademik xəttə görə, neçə il vəziflərdə olub rüşvət, mənimsəmə və ya digər qanlı yollarla "özümə gün ağlamamışamsa", günah özümdədir. Çox təəssüf ki, onların tərbiyə etdiyi cəmiyyət üzvlərinin çoxu da o ağılda, o düşüncədədir...
80 yaşında, beyin fəaliyyəti çökmüş və ya gənclikləri ilə müqayisədə xalqın, dövlətin ikiqat ziyanına fəaliyyət göstərən, onilliklər boyu elmi-mənəvi mühiti zəhərləməjdə və zədələməkdə davam edən, ortada yeyib qıraqda gəzən bu məsuliyyətsizlər "istirahət mərkəzi"ndən qopmağı ağıllarının ucundan belə keçirmirlər.
Xalqı, dövləti o qədər dolayıblar ki, oğurluq üstündə yaxalayırsan, qayıdıb həyasızcasına deyirlər: "Nə edirik ki? Dövlətçiliyə xidmət edirik də!"
İlahi! Ölkəmiz, xalqımız və onun elmi, mədəniyyəti, mənəviyyatı, hətta iqtisadiyyatı alim, ziyalı adları altında pərdələnmiş bir para vicdansız və qəddar rüşvətxorların girovuna çevrilib. Bəla burasındadır kı, həddən artıq harınlamış bu şəbəkənin kökləri az qala bütün elm və və təhsil müəssisələrində, məktəb, kollec və liseylərdə zoğ atıb.
Özünü nə qədər qudurmuşluğa və ya qarşındakını nə qədər qanmaz yerinə qoyasan ki, milyonları yeyib deyəsən: "Dövlətə, dövlətçiliyə xidmət edirik də!"
Hətta qanunsuz əməlləri haqqında onlara xəbərdarlıq edən aidiyyəti dövlət qurumlarına qarşı etibarsızlıq, inamsızlıq yaratmaqdan belə çəkinmirlər. Əllərinin altında bəslədikləri media dostları da az deyil..."

Geri qayıt