Əsas Səhifə > Manşet / Ölkə > “Ekologiyanın vayına oturan ekologiya naziri”

“Ekologiyanın vayına oturan ekologiya naziri”


15-03-2026, 09:19

 "Dünən fotosunu paylaşdığım Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər naziri Xanlar Mustafayevin idman formasına bənzəyən paltarı, sən demə, nazirliyin rəsmi uniforması imiş..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Nazirliklərin hərbi struktur kimi idarə olunduğu məmləkətimizdə hər rəsmi orqanın özünəməxsus uniforması olması başadüşüləndir və bu geyimə görə hər hansı naziri qınamaq mümkün deyil. Bunu mən də qəbul edirəm.
Amma sən demə, Naxçıvan MR-də fəaliyyət göstərən bütün rəsmi orqanlar kimi, “Muxtar” Təbii Sərvətlər və Ekologiya Nazirliyinin daha dərin problemləri var imiş. Hər halda, Naxçıvandakı etibarlı mənbəmizin redaksiyamıza göndərdiyi irad məktubundan belə anlaşılır. Bəzi kiçik lazımi korrektəylə həmin məktubu siz dəyərli oxucularımla bölüşür və müvafiq qurumları nazirliyin fəaliyyətini bir daha gözdən keçirməyə çağırıram. Onu da qeyd etmək istəyirəm ki, mən özüm də yaxın zamanlarda məktub müəllifi ilə görüşüb ondan daha təfsilatlı məlumatlar alaraq sizinlə paylaşmağa çalışacağam.
İndi isə hələlik gəlin, məktubla tanış olaq:
“Salam, Heydər bəy axşamınız xeyir olsun.
Apardığınız siyasi təhlillər və vəzifəli şəxslərin dövlət siyasəti iə bağlı nöqsanlarının ifşası çox möhtəşəm və təqdirə layiqdir. Amma nacizanə bunu bildirməyi özümə borc bildim. ETSN-in özünün geyim forması mövcuddur. Yəqin ki bu "nazir" də həmin geyim formasından istifadə edib. Çünki yaxasında nazirliyin rəsmi emblemi (loqosu) vururlub.
Amma kaş bu nazirin Naxçıvana vurduğu zərər elə geyim formasını pozmaq olardı. Bu insan Cənab Prezidentimizin də qeyd etdiyi *o yarıtmaz əxlaq yoxsunu* Fuad Nəcəfli ilə əl ələ verib ekologiyanın vayına oturdu. Vəzifəyə təyin olunan kimi, MR-də fəaliyyət göstərən bütün qum-çınqıl karxanalarını bağladı. Bu gün ekeologiya ilə bağlı alınan rəylərin hamısı konkret məbləğdə tasa oturdulub (ifadəmə görə üzr istəyirəm). Yəni araşdırsanız onun fəaliyyətində tam qanunsuzluqlar olduğunu görərsiniz”.
P.S. Qeyd edim ki, Xanlar Mustafayev 20 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini təyin edilmiş və müvəqqəti olaraq nazir vəzifəsini icra etməyə başlamışdır. Onun tam səlahiyyətli nazirlik dövrü isə 04 iyun 2024-cü il tarixindən başlamışdır. Bir sözlə, adam Prezidentin “etimadını doğrultmayan” (ifadə ölkə başçısına aiddir) Fuad Nəcəflinin sevimli kadrlarındandır. Görünür, məktub müəllifi *“yarıtmaz əxlaq yoxsunu* Fuad Nəcəfli ilə əl ələ verib ekologiyanın vayına oturdu”, - deyərkən bu xüsusu nəzərdə tutur..."

Geri qayıt