Əsas Səhifə > Manşet / Hadisə > ADY bu sisteminə bir çarə etməzsə...

ADY bu sisteminə bir çarə etməzsə...


16-03-2026, 10:44

"Azərbaycan Dəmir Yolları - ADY’dən şikayətim var. Hansıki bu məsələ ill..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ülvi Sənani adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Deməli, sərnişin olaraq Sumqayıt-Bakı qatarın istifadə etdikdə mən nəzərə alıramki bank kartımda pulum var, ona uyğun olaraqda istifadə edirəm. Lakin ola bilərki sabah olmasın, hansısa bir məsələyə görə nağdlaşdırmışda ola bilərəm.
Metrolardan istifadə etdikdə pul kartdan birneçə dəqiqə sonra çıxır, yəni normalda da belə olmaldırı.
Lakin ADY-ın bu gözəl sisteminə görə pul kartdan 1 gün ərzində (gün sonu hətta 1 gün sonra), kartda yetəri qədər pul olmadıqda təbiiki ödənişi çıxa bilmir. Sonrada kart düşür “qara siyahıya”. Sonraki gedişdə də kartı istifadə edə bilmirəm. Bidə indi gözləməliyəm ki, haçan öz iradəsilə kartdan pul çıxılacaq. Bu səbəbdən də işə və ya vacib olan bir yerə gecikmə situasiyası yaranır.
İndi deyə bilərsinizki, “problem sənindir kartda pulun olsun”, kart mənimdir və kartda pulun olub-olmamağı mənim seçimimdir, lakin mən gedişatımı nəzərə alıram getdiyim vaxtki üstümdə pulum olsun. Amma ADY isə şirkətdir və normalda bu problem olmamalıdırki, illərdir bu qalıb.
Sonra ADY stansiya işçiləri deyirki bizim problemimiz deyil, bəs müştəri neynəsin. Mən niyə kart sistemi işləyirsə, gedib əlavə ADY app’ni yükləməliyəm. İstifadə üçün qoyulubsa bunu istifadəyə haqqım var.
Qeyd: ( Hətta təxmini 2 il əvvəl ADY turniketində eyni situasiya yaranan kartım, hələdə deaktivdir turniketdə. Halbuki kartın heç bir problemi yoxdur, çox normalda işləyir. )
(Bu məsələdə əgər səhv mənim kartımdadırsa, o zaman bütün NFC sistemlərində normal olara əməliyyatlar gərək 1 gün sonra baş versin, ki bu anormaldır)..."

Geri qayıt