Əsas Səhifə > Manşet / Cəmiyyət > “Finca Azərbaycan” yalan reklamlar yayaraq vətəndaşları aldadır
“Finca Azərbaycan” yalan reklamlar yayaraq vətəndaşları aldadır16-03-2026, 11:26 |
|
Sözügedən Bank Olmayan Kredit Təşkilatı (BOKT) ölkə başçısının adından bilavasitə istifadə edərək vətəndaşları aldadır. Bəli, buna birbaşa aldadır deyə bilərik. Çünki lisenziyasına görə BOKT kimi fəaliyyət göstərən “Finca Azərbaycan” sosial şəbəkələrdə özünü “Finca Bank” kimi təqdim edir. Hansı ki, BOKT-un bank kimi fəaliyyət göstərməsinə lisenziya verilməyib.
Kommersant.az xəbər verir ki, sosial şəbəkədə “Finca Bank” adlı hesabla ödənişli reklam edən BOKT videolarında “sərəncam imzalandı", “adı qara siyahıda olanlar bizə müraciət edə bilər” başlıqlı videolar paylaşır. Guya ölkə başçısı bununla bağlı xüsusi sərəncam imzalayıbmış kimi vətəndaşları aldatmağa cəhd edir. Sərəncam adətən ölkə başçısı və ya baş nazir tərəfindən imzalanır. Bu halda "aldatmaq" ifadəsini rahatlıqla işlədə bilərik.
Geri qayıt |