Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Saleh Məmmədovdan qalma komandaya DAHA BİR İTTİHAM...
Saleh Məmmədovdan qalma komandaya DAHA BİR İTTİHAM...16-03-2026, 12:12 |
|
Azərbaycan Avtomobil Yolları sistemində uzun illər müxtəlif vəzifələrdə çalışmış Məhəmməd Musayev barəsində yeni araşdırmalar aparıldığı bildirilir... "DİA-AZ" xəbər verir ki, Nocomment.az portalına məlumat verən mənbə iddiasına görəi, Musayev uzun müddət qurumda yüksək vəzifələrə keçmiş rəhbər Saleh Məmmədov ilə qohumluq əlaqələrinə görə təyinatlar alıb və rəhbərlik etdiyi idarələrdə ciddi maliyyə pozuntularına yol verilməsi ehtimalları araşdırılır. Məlumatda qeyd olunur ki, Musayev 2016-cı ildən etibarən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sisteminin bir neçə strukturunda rəhbər vəzifələrdə çalışıb. Həmin müddətdə onun fəaliyyətinə dair müxtəlif şikayətlər daxil olduğu, işçilərlə münasibətdə kobud davranış, idarəetmədə qohumbazlıq və sui-istifadə hallarının olduğu iddia edilir. 6 milyon manatlıq ehtiyat hissələri qalmaqalı Mənbələrin bildirdiyinə görə, Musayevin rəhbərlik etdiyi 18 saylı Yol İdarəsində aparılan maliyyə yoxlamaları zamanı Çexiyadan Tatra yük avtomobilləri üçün ehtiyat hissələrinin alınması məqsədilə təqribən 6 milyon manatlıq müqavilə bağlanmasına baxmayaraq, detalların faktiki olaraq gətirilmədiyi aşkara çıxıb. İddia olunur ki, yaranan vəziyyətdən sonra Musayevin vəzifədən uzaqlaşdırılması barədə qərar verilib, lakin o, işdən çıxarılmaq əvəzinə 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsinə keçirilib. Hazırda aparılan əlavə yoxlamaların nəticələrinin gözlənildiyi və araşdırmaların davam etdiyi bildirilir. 7 saylı idarədə yeni iddialar Mənbənin bildirdiyinə görə, hazırda Məhəmməd Musayevin fəaliyyəti ilə bağlı araşdırmalar davam edir və vəziyyətinin gərgin olduğu qeyd olunur. İddia olunur ki, Musayevin rəhbərlik etdiyi 7 saylı Xüsusi Təyinatlı Yol İdarəsində son üç ildə müxtəlif maliyyə və idarəçilik pozuntuları baş verib. Məlumatlarda bildirilir ki, eskalatorlar üçün nəzərdə tutulan, lakin alınmayan detallar, keçid və tunellərin işıqlandırılmasına ayrılan vəsait, eləcə də generatorlar üçün ayrılan dizel yanacağı təyinatı üzrə istifadə edilməyib. Bu proseslərdə Musayevin yaxın adamı – Nazir Nehmətovun əsas rol oynadığı, idarəyə ayrılan benzinin isə Sənan Quliyev vasitəsilə qanunsuz satıldığı iddia edilir. Nehmətovun qardaşı Elmarın da idarədə işlədiyi bildirilir. Mənbələr əlavə edir ki, Musayev idarədə özünü “toxunulmaz” kimi aparır və işçilərlə kobud davranır. Həmçinin hər ay müxtəlif obyektlərə qanunsuz elektrik verilməsi ilə əlavə gəlir əldə edildiyi, ümumi mənimsəmənin milyonlarla manatı əhatə etdiyi irəli sürülür. “Keçidlərə qanunsuz elektrik verilməsi” – siyahı açıqlanıb İddialara görə, rəhbərliyin göstərişi ilə bir sıra yeraltı və yerüstü piyada keçidlərindən müxtəlif obyektlərə qanunsuz elektrik enerjisi verilib. Siyahıya aşağıdakı keçidlər daxildir: Beşmərtəbə yeraltı keçid – 37 mağaza Milli Bank yeraltı keçid – 12 mağaza Nizami yeraltı keçid – 1 mağaza Targovu yeraltı keçid – 1 mağaza Ağ şəhər – 1 köşk Luna Park – 1 köşk Ağa Nəmetulla – 1 mağaza Heydər Əliyev ASAN Xidmət yaxınlığı – 1 köşk Babək–Azneft – 1 köşk “Monte Karlo” yeraltı keçidi – 1 köşk Olimp – 3 mağaza Azadlıq 189 – 1 mağaza Z. Bünyadov 11 – 1 mağaza Aviasiya keçidi – 1 köşk Rəsulzadə, Araz market yanı – 1 mağaza Atatürk 47 – 1 köşk Sabunçu – 2 köşk Salyan avtovağzal – 1 köşk Mənbə qeyd edir ki, 7 saylı idarədə çalışan bəzi şəxslər Musayev və Nehmətovun fəaliyyətinə toxunulmayacağını iddia etsələr də, hazırda vəziyyətin dəyişə biləcəyi və yeni AAYDA rəhbəri Vüsal Nəsirlinin məsələyə münasibət bildirəcəyi gözlənilir. Məsələ ilə bağlı rəsmi quruma sorğu göndərilsə də, hələ ki cavab verilməyib. Geri qayıt |