Əsas Səhifə > Manşet / Cəmiyyət > Kəmaləddin Heydərovun oğlunun 1 milyonunu ələ keçirən şəxs həbs edildi
Kəmaləddin Heydərovun oğlunun 1 milyonunu ələ keçirən şəxs həbs edildi17-03-2026, 12:56 |
|
“AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib. Qafqazinfo.az xəbər verir ki, İntiqam Səfərəliyev xüsusilə külli miqdarda dələduzluqda ittiham olunur. Tanınmış şirkət rəhbərindən şikayətçi isə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. İttihama görə, İ.Səfərəliyev T.Heydərova yalan vəd verərək onun 1 milyon manatdan çox pulunu ələ keçirib.
Səfərəliyev özünü təqsirli bilmir, o, ilkin ifadələrində zərərçəkmiş şəxsi aldatmadığını deyib. Qeyd edək ki, İntiqam Səfərəliyev 2019-cu ildən “AzFinance İnvestisiya Şirkəti”nin direktoru işləyib. 15 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malik iş adamı Heydərovlara aid olduğu deyilən AFB Bankın Müşahidə Şurasının Üzvü və başqa vəzifələrdə də çalışıb. Geri qayıt |