Əsas Səhifə > Manşet / Sosial > "Söhbət 70 manatdan getmir... AMMA..."

"Söhbət 70 manatdan getmir... AMMA..."


18-03-2026, 10:38

" "Milli Ön"ün terminallarından "Leobank" kartıma 70 manat pul göndərdim, amma..." "DİA-AZ" xəbər verir ki, bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımında Cəfərov Həsən adlı istifadəçi gileylənir.

Narazı vətəndaş daha sonra bildirir: "Mart ayının 8-i... üzərindən 8 gün keçilməsinə baxmayaraq pul hələ də hesabıma keçməyib. "Müştəri xidmətləri" ilə əlaqə saxladım, terminalda problem olduğunu, maksimum 5-6 günə həll ediləcəyini desələr də, problem həllini tapmadı.

Hələ də gözləyirəm... Söhbət 70 manatdan getmir... bu, böyük məbləğdə ola bilərdi.

Görmüşük "müştəri məmnuniyyəti" deyilən anlayış var... Amma nə danışırsan... Bu nə zaman Azərbaycanda düzələcək? Ancaq... elə ancaq gizlin komissiya, artıq faiz, ümumiyyətlə vətəndaşın incidilməsi.... Hara qədər?"


Geri qayıt