Əsas Səhifə > Manşet / Hadisə > ""Birmarket"dən xəmiryoğuran yox, "problem" almışam..."
""Birmarket"dən xəmiryoğuran yox, "problem" almışam..."19-03-2026, 09:38 |
|
"Bu gün susduğumuz haqsızlıq sabah hər birimizin qapısını döyəcək..." "DİA-AZ" xəbər verir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı etiraz dolu müraciətində Elmaddin Abishov adlı istifadəçi qeyd edib.
Narazı vətəndaş daha sonra belə davam edir: "Birmarket-dən xəmiryoğuran yox, "problem" almışam... Dostlar, başıma gələn bu biabırçılığı sizinlə bölüşmək istəyirəm ki, kimsə mənim kimi aldanmasın. Yanvar ayında Birmarket-dən "Bergamo" markalı xəmiryoğranda qüsur aşkarlandığı üçün diaqnostika üçün təhvil verdim.
Qanun deyir ki, mal 14 günə düzəlmirsə və ya dəyişilmirsə, gecikməyə görə mağaza hər gün üçün malın qiymətinin 1%-i qədər cərimə (dəbbə pulu) ödəməlidir.
Bunlar mənim məhsulumu 2 aya yaxın gecikdirdilər. Sonra Rayonumuzda təhvil məntəqəsi olduğu halda başqa rayonda təhvil məntəqəsinə yönləndirdilər. Bunun özü qanun pozuntusudu. (Qanun vericiliyə görə 5kq ağır məhsulların yol xərci satıcının hesabına olmalıdır)
"Təmir" olunan məhsulu alıb, Sevinə-sevinə evə gətirdik, amma işlətmək istəyəndə məlum oldu ki, cihaz natamam təmir olunub. Son 5 gündür hər gün operatora yazıram, hər dəfə "narahat olmayın, bu gün mütləq sizə zəng edəcəyik" deyirlər. Amma nə zəng var, nə soruşan. Adamın üzünə baxa-baxa yalan danışırlar.
Sizlərdə yəqin birmarket haqqında tez-tez şikayətlər görürsünüz. Xalqın gözü tərəzidir. Bu mağazaya heç bir halda güvənməyin. Nə qanunlara hörmət edilər, nə də müştəriyə..." Geri qayıt |