Əsas Səhifə > Manşet / Cəmiyyət > Bakı Bərpa Mərkəzində pasiyenti ömürlük şikəst qoydular
Bakı Bərpa Mərkəzində pasiyenti ömürlük şikəst qoydular22-03-2026, 06:00 |
|
Bakı şəhərində fəaliyyət göstərən Bakı Bərpa Mərkəzi ilə bağlı narazılıq iddiası gündəmə gəlib.
Pasiyent bildirir ki, elə həmin klinikanın özündə 14 gün ərzində fizioterapiya prosedurlarına qatılıb. Lakin onun iddiasına görə, müalicə gözlənilən nəticəni verməyib və əksinə, ağrılar daha da güclənib. Hətta təzyiq problemi yarandığını qeyd edən pasiyent bu barədə həkimin köməkçisinə məlumat verdiyini, lakin bunun müalicə ilə əlaqəli ola bilməyəcəyinin deyildiyini bildirir.
Pasiyent daha sonra digər həkimlərə müraciət etdiyini və aldığı müalicələr barədə məlumat verdiyini bildirir. Onun sözlərinə görə, həmin həkimlər dizində problem olduğu halda fizioterapiya prosedurlarının tətbiq edilməsinin düzgün olmadığını bildiriblər. Şikayətçinin sözlərinə görə, tətbiq olunan müalicə üsulları onun səhhətinə zərər vurub və nəticədə maddi itkiyə məruz qalıb. Ümumilikdə 450 manat məbləğində vətəndaşa ziyan dəyib və bu ziyanın qarşılanmasını tələb edib.
Geri qayıt |