Əsas Səhifə > Manşet / Hadisə > "Mənə ərizə yazmaq üçün təzyiq göstərildi və təhdid olundum"

"Mənə ərizə yazmaq üçün təzyiq göstərildi və təhdid olundum"


22-03-2026, 07:33

"Mən Şahbazov Turan Bayram oğlu, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsində uzun illər qaz paylayıcı stansiyanın operatoru vəzifəsində çalışmışam. Lakin ixtisar adı ilə haqsız şəkildə işdən azad edilmişəm..." "DİA-AZ" xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında yer alan paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Uzun illər təcrübəsi olan əməkdaşlar işdən çıxarıldığı halda, onların yerinə bu sahədə təcrübəsi olmayan şəxslər işə qəbul olunmuşdur. Attestasiya və ixtisar prosesinin isə ədalətli və şəffaf keçirilmədiyi barədə ciddi şübhələr var.
Lənkəran RQİİ İnsan Resursları şöbəsinə etirazımı bildirdiyim zaman mənə qarşı kobud davranılmış, mənə ərizə yazmaq üçün təzyiq göstərilmiş və təhdid edilmişəm.
Bundan əlavə, rəhbərliyə mənimlə bağlı yanlış məlumatlar təqdim edilmişdir. Mən bunu sübut etdikdən sonra mənə üzrxahlıq məktubu göndərilmişdir, lakin bu mənim işsiz qalmağımın nəticələrini aradan qaldırmır.
Mən ağır sosial vəziyyətdə olan ailə başçısıyam. Himayəmdə: • xəstə anam
• səhhətində problem olan həyat yoldaşım
• iki azyaşlı övladım
• himayəmdə yaşayan qayınanam var.
Ailənin yeganə qazanc gətirən üzvü mən olmuşam.
 Xahiş edirəm məsələ obyektiv və şəffaf şəkildə araşdırılsın və hüquqlarım bərpa olunsun..."


Geri qayıt