Əsas Səhifə > Manşet / Sosial > Səhiyyə Nazirliyinin buralardan XƏBƏRİ VARMI?
Səhiyyə Nazirliyinin buralardan XƏBƏRİ VARMI?24-03-2026, 06:25 |
|
"Şikayətim Memorial Hospital xəstəxanasındandır... Narazıyam!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında İlahə Əliyeva adlı istifadəçi qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Biz vətəndaşlar özəl xəstəxanaya yönəlib bahalı qiymətlərlə ödəmələr edirik, amma bunun qarşılığında yalan-yalnış məlumatlar, işini qeyri peşekar və laqeyd şəkildə görən insanlarla qarşılaşırıq.
Öz işlərini düzgün görmədikləri halda, pasientdən üzrxahlıq etməli olduqları halda, sanki belə də olmalıymış kimi üstə çıxmağa çalışırlar. Biz vətəndaşlar pulumuzu verdiyimiz işin ardınca niyə sürünməliyik? Bu gün Azərbaycan səhiyyəsi niyə bu durumda olmalıdı?
![]() Keçən həftənin 5-ci günü Memorial Hospitalda qan analizi vermişəm xəstəxananın məlumatlı 3 şəxsindən (dəqiqlik olsun deyə) cavabların nə zaman hazır olacağını soruşmuşam - 6-cı gün cavabların email-ə göndəriləcəyi bildirilib. Həftənin 1-ci günü əlaqə saxlayıram ki, nə oldu cavablar? Mənə verilən cavab: hələ hazır deyil. Hazır olanda göndərəcəyik... Səbəbsə soruşulduqda isə doğru-düzgün məlumat verilmir və xəstə yanlışmış... pasiyent səhvmiş kimi göstərilir...
Və bir necə saat sonra yenidən əlaqə saxladıqda, şikayət edəcəyimi bildirdikdə, artıq daha sərt formada danışdıqdan sonra cavablar göndərilir, əgər cavablar hazırdısa niyə insanların səbri sınanır? Onlara kim bu haqqı və rahatlığı verir? Nəyə güvənərək insanları bezdirirlər?
Mən bir xəstə olaraq narazıyam bu durumdan 200 manat bir analizə pul verilir və bunun qarşılığında bildirilən zamanda , düzgün formada cavab almaq biz xəstələrin haqqıdır, biz xəstəxana və əməkdaşlarının arxasınca sürünmək məcburiyyətində deyilik..."
Geri qayıt |