Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvan Dövlət Universitetində AYRISEÇKİLİK

Naxçıvan Dövlət Universitetində AYRISEÇKİLİK


24-03-2026, 10:38

Naxçıvan Dövlət Universitetində bayram ərəfəsində əməkdaşlara maaş və bayram pulu ödənilsə də, saathesabı müəllimlər bundan məhrum edilib.
Bu barədə “Gündəlik Naxçıvan”a məlumat verən müəllimlərin sözlərinə görə, üstəlik, onlar iki aydır normal maaşlarını da ala bilmirlər. Müəllimlər bunu özlərinə qarşı ayrı-seçkilik kimi dəyərləndirirlər.
Müəllimlərdən B.M.Ş deyir ki, universitet rəhbərliyi bununla bağlı onlara aydın açıqlama verməyib:
“Universitetin bütün əməkdaşlarına bayram pulu verildi, bizdən başqa. Bu ayrı-seçkiliyi niyə edirlər, anlaya bilmirik. Söhbət təkcə puldan getmir. Bu, bizə qarşı ayrı-seçkilikdir. Rəhbərliyə müraciət edirik, deyirlər sizə düşmür. Biz insan deyilikmi?”
Digər müəllim N.S. isə bu ayrı-seçkiliyi hörmətsizlik kimi qəbul edir:
“Bayram pulu bir tərəfə, maaşımızı da iki aydır ala bilmirik. Bayramı borc-xərclə keçirdik. Dükanlara borcumuz var. Kreditlərimizi də vaxtında ödəməyəndə əlavə faiz ödəməli oluruq. Biz bayram pulunu gözləyirdik, amma bunlar heç normal maaşımızı da vermədilər.”

Geri qayıt