Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Paşa Sığorta-ya güvənib yol çıxdı... YOLDA QALDI...

Paşa Sığorta-ya güvənib yol çıxdı... YOLDA QALDI...


24-03-2026, 13:17

"Şikayətim "Paşa Sığorta"dandır..." "DİA-AZ" xəbər verir ki, bu barədə Qədir Ağazadə adlı istifadəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

Narazı vətəndaş daha sonra bildirir: "Gürcüstana gedəndə səyahət (səfər) sığortası almışdıq. "Online" 2 nəfərlik.... Hava limanında "gmail"ə təsdiq mesajı göndərməyiblər deyə qəbul edilmədi (ilk dəfədi deyə xəbərsiz idik bundan).
Daha sonra orda başqa sığorta şirkətindən "online" səfər sığortası əldə edib, yolumuza davam etdik. Əlavə ödəniş edib....
Bakıya qayıdandan sonra həm "qaynar xətt", həm "gmail", həm "whatsapp", həm də "instagram" vasitəsi ilə əlaqə saxlayıb məlumat verdim. Amma heç bir xeyri olmadı.
Sağolsunlar artıq 1 aydan çoxdur ki, 36 manatımızı qaytarmırlar..."

Geri qayıt