Əsas Səhifə > Manşet / Gündəm > KAPİTAL BANK: Bizə güvənib YOLA ÇIXMAYIN!
KAPİTAL BANK: Bizə güvənib YOLA ÇIXMAYIN!25-03-2026, 06:14 |
|
Narazı vətəndaş daha sonra bildirir: "Pulu "Kapital bank"ın kartına qoyub ölkə xaricinə çıxmışıq. Gəldik ölkə xaricinə. Mənimlə gələn iş yoldaşımın anası xəstələnib, ona təcili pul atmalıydıq. Bank kartı blokladı. Dəstək xidmətinə yazmışıq deyir 3 günə baxılacaq. Xaricdə olduğumu yazmışam, yazıb ki, müştəri xidmətinə yaxınlaşın. Deyirəm, mən necə yaxınlaşım? Cavabdehlərdən kimisə tələb etdikdə dedi tez bir zamanda sizinlə əlaqə saxlanacaq. 1 sutka olur... ancaq xəbər yoxdur. Bütün pullarımız kartda, qalmışıq pulsuz... "Kapital bank"ın yarıtmaz fəaliyyətinə görə... Bloklamısansa, heç olmasa bunu tez bir zamanda aradan qaldırın ki, sizin yarıtmaz işinizə görə əziyyət çəkməyək..." Geri qayıt |