Əsas Səhifə > Manşet / Hadisə > "Nə internet normal tutur, nə də televiziya kanalları..."

"Nə internet normal tutur, nə də televiziya kanalları..."


25-03-2026, 09:13

"Şikayətim "Cityline" internet və TV xidmətindəndir..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra bildirir: "İnanin ki bezmişik. Nə internet normal tutur, nə də televiziya kanalları... Baxdığımız yerdə kanallar kəsilir. 127 kanal var guya ki... Çoxusuna da baxmaq istədikdə görürsən ki yalandan kanal adı yazılıb, amma göstərmir. Yarısından çoxunda eyni problem....

Internet də bərbad. Əgər normalını bilən varsa, məsləhət görərdiniz. Çox xahiş edirəm... Artıq bezmişik..."


Geri qayıt