Əsas Səhifə > Manşet / Gündəm > BU NƏDİ BELƏ: Bulvarda qiymətlər CEYRAN BELİNDƏ!

BU NƏDİ BELƏ: Bulvarda qiymətlər CEYRAN BELİNDƏ!


26-03-2026, 05:41

"Novruz bayramı günü bulvarda çay içmək istədik. “Saat” adlanan ərazidəki Rast çay evinə yaxınlaşdıq, amma bizə bildirildi ki, 100 manatdan aşağı sifariş qəbul olunmur.
Bu nə dərəcədə düzgündür?" "DİA-AZ" bildirir ki, bu bu barədə AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu narazılıq edir.
O daha sonra etirazını belə davam etdirir: "Bulvar hamı üçündür, yoxsa yalnız yüksək məbləğdə sifariş verə bilənlər üçün? Sadəcə bir çay içmək istəyən insanlar niyə məcbur edilməlidir ki, 100 manatdan artıq sifariş versin?
Dənizkənarı Bulvar İdarəsi, zəhmət olmasa:
▪️Bu kimi hallara nəzarət gücləndirilsin.
▪️Qiymət və xidmət siyasəti şəffaf olsun.
▪️Bulvarın hamı üçün əlçatanlığı qorunsun.
▪️Bulvar istirahət məkanıdır, məcburi yüksək hesab çıxarmaq yeri deyil.
Ümid edirik ki, məsələ ilə bağlı tədbir görüləcək.
?️ Dövlət Vergi Xidməti, zəhmət olmasa həmin çay evinin vergiləri qiymətlərə uyğun ödəyib-ödəmədiyini araşdırın.
?️ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, zəhmət olmasa bulvardakı kafe, yeməkxana və çay evlərini monitorinq edin..."

Geri qayıt