Əsas Səhifə > Manşet / Sosial > İndi də ölkədə ARIÇILIĞIN BELİNİ QIRIRLAR...

İndi də ölkədə ARIÇILIĞIN BELİNİ QIRIRLAR...


27-03-2026, 07:19

İndi də ölkədə rəsmi qaydada arıçılığın inkişafına ciddi problemləri yarada biləcək addımları ilə diqqətə gəlirlər. "DİA-AZ" xəbər verir ki, bu istiqamətdə həyəcan təbili çalan tanınmış arıçı-ferner Elvin Bayramlı həm əlaqədar qurum və şəxslərə müraciət edərək onları təcili müdaxiləyə çağırır, həm digər fermerləri boykota səsləyir.

Elvin Bayramlı müraciətində qeyd edir:

"Ölkə arıçılığının anasını ağlar qoydular. Ölkəyə tropi ilə yoluxmuş arılar gətirilib. Bunda əli olan "biznesmen" də, "məmur" da arıçılığımıza xəyanət edib. Birmənalı olaraq bu, belədir..."

"DİA-AZ" qeyd edir ki, tropi gənəsi sürətlə çoxalan, virus yayan, arıxanaları bir ilə tamamilə məhv edən bir gənə növüdür. Bu gənə bizə yaxın ölkələrdən ən çox Özbəkistanda yayılıb. Özbəklər əvvəl Rusiyaya arı göndərirdi. Rusiya qadağa qoydu, indi Azərbaycana yol tapıblar.

Geri qayıt