Əsas Səhifə > Manşet / Cəmiyyət > Evləri su altında qalan sakinlər Cəbrayılovu axtarır...

Evləri su altında qalan sakinlər Cəbrayılovu axtarır...


29-03-2026, 02:17

"Bura Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ə. Sabir küçəsidir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış ekspert Şahin Nəcəfov qeyd edib.

Video: https://www.facebook.com/share/r/1G75cEow8R/
O daha sonra fikrini belə davam etdirir: "Keşlədə kimsə hasarında bir qapı açsa və ya daşı daş üstünə qoysa, hörmətli başçı Coşqun Cəbrayılov şəxsən həmin yerə 'ziyarətə ' gələr ki, sakinlərin 'nəziri' qəbul olsun.
Lakin hər yağışda Keşlənin su altında qalması, deyəsən, heç kimi narahat etmir.
Ötən yağış zamanı qəsəbədən keçən və partlamış şəhər kollektorunun dağılmış hissəsini bir kisə sementlə suvayıb bağlamaq isə ancaq cənab Cəbrayılovun ağlına gələ bilərdi.
Keşləlilərə keçmiş olsun.
Yağış yağar, gün qurudar..."


Geri qayıt