Əsas Səhifə > Manşet / Ölkə > Qəsdimizə duran ikibaşlı səhiyyə sistemi...

Qəsdimizə duran ikibaşlı səhiyyə sistemi...


29-03-2026, 07:53

"Artıq bir neçə ildir ki, saxta həkimlər və müvafiq sertifikatı olmayan "həkimlər"və onların fəaliyyəti gündəmdən düşmür.
Deyilənə görə, onlarla belə "həkim '"çox sərbəst və arxayın surətdə öz pullarını qazanmaqdadır..." "DİA-AZ" xəbər verir ki, bu ittiham dolu sözlər tanınmış tibb işçisi Faiq Məmmədlinin müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "İnsan sağlamlığının qorunması ilə məşğul olan səhiyyədə dəmir intizam , qanunsuz fəaliyyətə görə sərt cəza və hüquqi idarəetmə olmalıdır ki, pasiyent özünü tibbi ocaqlarda güvənli hesab edə bilsinlər.
Bu məsələ təkcə səhiyyənin problemi deyil ,həm də zənnimcə qanunvericilikdə və idarəetmədə olan "zəifliyin"nəticəsidir.
Sual olunur necə ola bilər ki, adam diplomu olmaya-olmaya çox şərəfli həkimlik peşəsinə meydan oxusun, onun məqsədi nədir,ona cəllad bıçağını, yəni indi lisenziyanı verən kimdir???...
2024-cü ilin payızında Baş Prokurorluq bu barədə cinayət işi də açmışdı burada Səhiyyə nazirliyinin 3 vəzifəli şəxsləri, O cümlədən nazir müavinin də adı çəkilirdi.Sonra isə nə oldu deyə bilmərəm, onu bilirəm ki,nazir müavini yerindədir.
Yəqin çoxlarınız eşidirsiz kimisə qanunsuz tibbi fəaliyyətlə, yaxud "tibbi müdaxilə"ilə məşğul olmaya görə ya cərimə ediblər,ya işdən uzaqlaşdırılıblar,ən təhlükəlisi odur ki,cəzalanan həmin şəxs öz işindədir.Deməli, səhiyyədə cəzasızlıq sindromu hələki təhlükə kəsb etməkdədir.
Piyada, sürücü yolu düz keçmədikdə, ehtiyatsızlıqdan sayğacı qurdalamağa və s,..də cərimə,əlində qanunsuz SKALPEL TUTMUŞ və ona bu şəraiti yaradan dələduza da cərimə?!?!
Bu sahədə olan dələduzluğa görə İnzibati Xətalar Məcəlləsinin və işdən çıxarılma maddəsinin tətbiqindən qurtarıb ən sərt cəzalar (20-25 il və s...) vermək lazımdır ki, heç kim bu "eşqə"düşməsin,yoxsa cəllad bıçağı evlərə"üz tuta "bilər .
İkinci dünya müharibəsində O zaman SSRİ ilə indi Naxçıvan ərazisində olan Boraltan körpüsündən yüzdən çox azərbaycanlı sərhədin zəifliyindən istifadə edərək Türkiyəyə keçmişdilər,bu haqda Ərdoğan tez tez danışırSonradan O sərhədi Azərbaycan və Ermənistanla elə keçilməz vəziyyətə("tok"birləşdirdilər məftillərə)saldlar ki, daha heç kim bu "eşqə"düşə bilmədi.
İndi bu cəllad və terroristlərə "qanunsuz tibbi fəaliyyətlə və tibbi müdaxilə ilə məşğul olma maddələri cəza vermək olmaz, onların fəaliyyəti qəsdən adam öldürməyə cəhd,insanı təhlükədə qoyma (Cinayət məcəlləsinin 143-cü maddəsi),on min manatlarla cərimə və s.ilə töfsiv olunmalıdır, həmçinin həmin tibb ocağı bağlanmalıdır.....
Yadıma hələ sovet dövründə tanıdığım onlarla baş həkimdən bir neçəsi düşdü, qorxmursan bu işlə məşğul olusan,"Nədən qorxuram, qazandığı mın bir hissəsini verib qurtararam "...
İndi bilmirəm o fikirdə olan var... yoxsa yox. Hər halda olmasa, yaxşıdır..."


Geri qayıt