Əsas Səhifə > Manşet / Siyasət > İnsan həyatı BU QƏDƏRMİ UCUZDUR?

İnsan həyatı BU QƏDƏRMİ UCUZDUR?


29-03-2026, 11:51

"Bir insan üç gün öncə status yazır, səhhəti ilə bağlı narahatlığını dilə gətirir, nəfəs ala bilmədiyini deyir və buna baxmayaraq, təcili tibbi yardımın onu xəstəxanaya aparmadığını bildirir. Üstəlik aidiyyəti qurumları da paylaşımına işarələyir. Və heç bir reaksiya olmur, adam üç gün sonra vəfat edir!.." "DİA-AZ" xəbər verir ki, bunu jurnalist Emin Səfərov "Qarabağ" azarkeşi kimi tanınan Zəfər Hacılının vaxtsız vəfatına və xəstə olmasına rəğmən aidiyyatı qurumlar tərəfindən göstərilən biganəliyə etiraz olaraq yazıb.
O daha sonra bildirir: "Zəfər Hacılının vəfatından həqiqətən şokdayam! Dəfələrlə danışmışıq, çox tərbiyəli uşaq idi. Əlil arabasında həyata tutunmağa çalışırdı, anası vəfat etmişdi, ona baxan nənəsi də dünyasını dəyişmişdi...
Və sonda özü...
Bir insanın həyatı bu qədər ucuz olmamalıdır. Bir jurnalist, bir vətəndaş kimi Azərbaycan Respublikasının Baş Prokurorluğundan, şəxsən cənab Baş prokuror Kamran Əliyevdən 30 yaşlı Zəfərin ölümündən öncə paylaşımında qeyd etdiyi məsələnin araşdırılması üçün müvafiq göstəriş verilməsini artıq dərəcədə xahiş edirəm..."

Geri qayıt