Əsas Səhifə > Manşet / Sosial > Bir məhsulu sifariş edirsən... başqa birini yollayırlar...

Bir məhsulu sifariş edirsən... başqa birini yollayırlar...


1-04-2026, 09:28

" "Birmarket"dən 3 gündür ətir almışıq... şikayətimiz var, amma baxmırlar..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Nihad Abbasov adlı istfiadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Bir məhsulu sifariş etmişik, səhv gəlib, başqasını gödnəriblər. İstehlakçını aldatmaq hesab olunur bu...
Bununla bağlı "Birmarket"ə müraciət edirik... deyirlər, əlaqə saxlanılacaq... Amma əlaqə saxlayan yoxdur.
Birmarketlə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edirik: Zəhmət olmasa, şikayətimizə baxın...
Qeyd edim ki, aşağıdakı 1-ci şəkil sifariş etdiyimdir... 2 və 3-cü şəkildə isə gələn məhsuldur..."


Geri qayıt