Əsas Səhifə > Manşet / Ölkə > Beyləqanda əmlak işçiləri RÜŞVƏT TƏLƏB EDİR

Beyləqanda əmlak işçiləri RÜŞVƏT TƏLƏB EDİR


2-04-2026, 07:57

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazisinin işçiləri rüşvət tələb etməkdə ittiham olunur. "DİA-AZ" xəbər verir ki, bunu öz sahəsində kifayət qədər tanınmış sima olan HR Advisor və Executive Headhunter / Coach, “Talent Staff & Business Solutions” MMC-nin rəhbəri Sevda Quliyeva müraciətində qeyd edib.

Əlaqədar qurum və şəxslərə müraciət edən Sevda Quliyeva ittihamını konkretkəşdirərək fikrini belə davam etdirir:

"Sözügedən qurumun Nəsimi və Əlqəmər adlı işçiləri atamı ciddi şəkildə incidirlər. Onlar Məhkəmə ilə sübut edilən torpaqlarımıza aid çıxarışı verməkdən imtina edirlər və qarşılığında kobudcasına "gəl bizi gör (rüşvət).." deyərək, telefonu üzümüzə söndürürlər.

Xahiş edirəm... aidiyyatı organlar bu məsələ ilə məşğul olsunlar.

3 ildir bizi süründürürlər... Heç kimdən də qorxmurlar..."


Geri qayıt