Əsas Səhifə > Manşet / Sosial > Dilənçi gününə salınan neftçi...
Dilənçi gününə salınan neftçi...3-04-2026, 08:25 |
|
"Sabiq SOCAR prezidenti Rövnəq Abdullayevin dövründə hər il az da olsa, əmək haqqında artım olurdu... O gedəndən sonra əmək haqqı artımı da o vaxtdan fəhləyə arxasını dönüb gedib və geri dönəcəyinə də ümüd yoxdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində SOCAR işçisi Zamiq Əliyev qeyd edib.
O daha sonra bildirir: "Qeyd edim ki, inflyasiya şəraitində 5 il müddətində əmək haqqının artırılmaması işçilərin sosial-iqtisadi vəziyyətinə ciddi və çoxşaxəli mənfi təsirlər göstərir. Xüsusilə də SOCAR kimi strateji əhəmiyyətli qurumda bu cür yanaşma yalnız fərdi rifaha deyil, həm də ümumi istehsalat səmərəliliyinə və sosial sabitliyə zərbə vurur
Sosial baxımdan isə əmək haqqının artırılmaması ailələrin rifahına birbaşa təsir edir. İşçilərin kredit öhdəliklərini yerinə yetirmək qabiliyyəti azalır, yoxsulluq riski artır və sosial təbəqələşmə dərinləşir. Bu isə artıq təkcə iqtisadi deyil, həm də ictimai təhlükəsizlik məsələsinə çevrilə bilər.
Nəticə etibarilə deyim ki inflyasiya fonunda əmək haqqının 5 il ərzində artırılmaması həm həm iqtisadi, həm də sosial baxımdan qəbuledilməzdir. Bu hal işçilərin fundamental sosial hüquqlarının pozulmasıdır və işçilərin dilənçi vəziyyətinə salınmasıdır..."
Geri qayıt |