Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Naxçıvanda yeni “İMTAHAN TƏLƏSİ”

Naxçıvanda yeni “İMTAHAN TƏLƏSİ”


Dünən, 10:55

Digər bölgələrdən fərqli olaraq, Naxçıvanda hərbi hazırlıq rəhbərlərinin də sertifikasiya imtahanına cəlb olunması etirazlara səbəb olub. Naxçıvan MR Təhsil Nazirliyinin qərarı ilə onlar mayın 11-də sertifikasiya imtahanı verməlidirlər.
Bu haqda “Gündəlik Naxçıvan”a hərbi rəhbərlər şikayət ediblər.
Onlar hesab edirlər ki, Azərbaycanın digər bölgələrində tətbiq olunmayan bu proses yeni rüşvət mənbəyinə zəmin hazırlamaq üçündür.
Şikayətçilərdən Maarif Bayramov deyir ki, yerli nazirlik bu qərarla onların hüquqlarını pozur:
“Azərbaycanın digər bölgələrində belə bir şey yoxdur. Bizdən imtahan tələb edirlər, amma bunun qarşılığında heç bir təminat yoxdur. Nə maaş artımı, nə də hər hansı stimullaşdırıcı mexanizm nəzərdə tutulur. Bu, sadəcə formal və ədalətsiz bir yanaşmadır. 2021-ci ildə də bizi sertifikasiyaya cəlb etdilər, amma nəticədə maaşımıza bir qəpik də əlavə olunmadı.
İndi eyni prosesi yenidən tətbiq edirlər. Bu artıq sistemli şəkildə hərbi rəhbərlərin hüquqlarının pozulmasıdır və onlardan rüşvət alınmasına yol açacaq.”
Digər şikayətçi Samir Dəmirov da bu qərarı ədalətsiz sayır:
“Bu qərarın nə qanuni əsası var, nə də müəllim üçün bir faydası. Azərbaycanda başqa yerlərdə belə şey yoxdur, amma bizdən imtahan tələb edirlər. Üstəlik, heç bir təminat da yoxdur – nə maaş artır, nə də başqa bir dəstək verilir. Dövlət səviyyəsində də deyilib ki, hərbi müəllimlər sertifikasiyaya cəlb olunmayacaq.
Onda Naxçıvanda bu qərar niyə tətbiq olunur? Bu, açıq-aşkar ədalətsizlikdir və müəllimləri çətin vəziyyətə salır.”

Geri qayıt