Əsas Səhifə > Manşet / Hadisə > Təhsil sistemində NƏLƏR BAŞ VERİR?..

Təhsil sistemində NƏLƏR BAŞ VERİR?..


Bu gün, 09:45

Təhsil sistemində səssiz, amma kifayət qədər gərgin bir qarşıdurmanın yaşandığı iddia olunur. Söhbət Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ətrafında dolaşan məlumatlardan gedir.

Mediatvaz.com-a daxil olan iddialara görə, İlhamə Abdullayevanın hədəfi daha yüksək vəzifə – məhz Eşqi Bağırovun rəhbərlik etdiyi postdur. Bu məqsədə çatmaq üçün isə müxtəlif vasitələrin işə salındığı bildirilir.Bu qarşıdurma təkcə kabinetlər arxasında qalmır. Məlumatlarda qeyd olunur ki, son dövrlər sosial şəbəkələrdə Eşqi Bağırova qarşı aparılan tənqid kampaniyası təsadüfi deyil və müəyyən dairələr tərəfindən yönləndirilir..
İddialar bununla da bitmir. Bildirilir ki, İlhamə Abdullayeva bu prosesdə yalnız inzibati imkanlarla kifayətlənmir, eyni zamanda yaxın qohumu, tanınmış iş adamı Xəlil Göyüşovun geniş əlaqələrindən də istifadə etməyə çalışır. Qeyri-rəsmi məlumatlara görə, bu əlaqələr şəbəkəsi vasitəsilə müxtəlif təsir rıçaqlarının hərəkətə gətirildiyi iddia olunur.
Xatırladaq ki, İlhamə Abdullayevanın adı daha əvvəl də mediada qohumbazlıq, maliyyə məsələləri və xaricdə dəbdəbəli istirahətlə bağlı müzakirələrdə hallanıb. Bu iddiaların rəsmi təsdiqi olmasa da, onların davamlı şəkildə gündəmə gəlməsi diqqətdən kənarda qalmır.
Bütün bu deyilənlər fonunda əsas sual dəyişmir: təhsil kimi strateji bir sahədə vəzifə uğrunda gedən iddia olunan bu “kölgə savaşı” kimə və nəyə xidmət edir? Əgər səslənən iddialar əsassızdırsa, niyə təkzib olunmur? Yox, əgər həqiqət payı varsa – onda niyə aidiyyəti qurumlar hələ də susur?Cəmiyyət cavab gözləyir. Susqunluq isə sualları daha da artırır. 


Geri qayıt