Əsas Səhifə > Manşet / Gündəm > Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR...

Ceyhun Cəlilov Fuad Nəcəfliyə ŞÜKÜR OXUTDURUR...


Bu gün, 06:28

"Təzə gələn gedənin atasına rəhmət oxutdurur" deyimi bu gün Naxçıvanda tam gücü ilə qüvvədədir. "DİA-AZ" bildirir ki, bunu elə son günlər Naxçıvan Muxtar Respublikasının hazırda idarə etməkdə olan Prezidentin xüsusi nümayəndəsi Ceyhun Cəlilovdan narazılıqların artması faktı da təsdiqləyir.

Belə ki, yeni rəhbərliyin yarıtmazlığından gileylənən Naxçıvan sakinləri köhnə rəhbərliyi hətta öyməyə belə başlayıblar. Vasif Talıbovun dönəmi bir yana, hətta Fuad Nəcəfli belə artıq xoş sözlərlə yada salınır.

Bu barədə yazan Yamən İbrahimli adlı MR sakini bildirir: "Fuad Nəcəfliyə məktub yazırdıq köməkliyi dəyməsə də, ən azından məktublarımıza cavab verirdi. Ceyhun Cəlilova məktub yazırıq, nəinki problemimizin həll olunmasına köməklik edir.. heç məktublarımıza da cavab vermir..."

Hər halda bu kimi faktlar Naxçıvanı hal-hazırda idarə edənləri narahat etməlidir. Əks halda dövlətin gərəkən qurumları onları narahat etməli olacaq...


Geri qayıt