Əsas Səhifə > Manşet / Cəmiyyət > Kəmaləddin Kafarov millətə qənim kəsilib?
Kəmaləddin Kafarov millətə qənim kəsilib?Bu gün, 12:38 |
|
Bu deputatın Onkologiya Mərkəzində fəaliyyəti ölümcül xəstəliklə mübarizə aparanlara dəstək olmaq yox, o xəstələrdən milyonlar qazanmaqdan o tərəfə keçmir. Belə ki, K.Qafarov vəzifəsindən istifadə edərək dövlətin onkoloji xəstələrə ayırdığı pulların çoxunu özünə məxsus “Azərimed” şirkəti vasitəsilə “əridir”. Yəni dərmanlar öz şirkətindən alınır və bir çox hallarda xəstələrə pulsuz paylanmır. Hər gün mediada gördüyümz odur ki, Onkoloji Mərkəzdə onkoloji xəstəliyin müayinəsindən əməliyyata, müalicəyə və analizlərə qədər hamısı yaxınlarının puluna əsasən, yerinə yetirlir. Halbuki dövlət büdcəsindən hər il xərçəng xəstələrinin müalicəsi və pulsuz dərmanlar üçün milyonlarla manat pul məhz Onkologiya Mərkəzinə ayrılır. Nə yazıq ki, dövlət olaraq onkoloji xəstəliklərin müalicəsi sahəsində elə bir ciddi irəliləyiş əldə etməsək də, K.Qafarov bu sahənin hesabına müxtəlif sektorlarda biznesini genişləndirir. Onun əsas gəlir mənbəyi tibb sahəsində şaxələndirdiyi işgüzar fəalyyətindəndir. “Azərimed” şirkəti dərmanla yanaşı, tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. İnsafən, qeyd olunmalıdır ki, Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyevin adı bu kimi qalmaqallı olaylarda hallanmır. Əksinə, onun rəhbərlik etdiyi sahənin peşəkarı olması, neqativ hallara qarşı barışmazlığı daxil olan informasiyalar arasındadır. Bununla belə, direktor müavini Kamaləddin Qafarovun şəxsi biznesin qayğısına qalmağa yönəlmiş fəaliyyəti həm Milli Onkologiya Mərkəzində görülən müsbət işlərə, həm də ümumi səhiyyə sisteminə kölgə salmaqdadır. XALQ.ONLİNE Geri qayıt |